Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2020 11:04
Bakı. Trend:
Qazaxıstan hökuməti koronavirus pandemiyası ilə əlaqədar iyulun 5-dən etibarən ölkədə iki həftəlik karantin rejimi elan edəcək.
Trend-in məlumatına görə, bu barədə qərar ölkə hökumətinin iclasında qəbul edilib.
Qərara əsasən, karantin müddətində bir sıra obyektlər bağlanacaq, insanların hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Açıq havada 3 nəfərdən artıq qruplara icazə verilməyəcək.
Karantin rejimi müddət bitdikdən sonra uzadıla bilər.
Qeyd edək ki, Qazaxıstanda son günlərdə yoluxma sayında kəskin artm qeydə alınıb. Təkcə ötən gün 1 509 nəfər koronavirusa yoluxub. Bu günədək ölkədə yoluxanların sayı 42 mini keçib, 188 nəfər ölüb.