Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2020 12:32
2 iyul dünyada Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur.
Qol.az-ın məlumatına görə, məhz bu tarixdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası yaradılıb.
1924-cü ildə Fransanın paytaxtı Parisdə yaradılan bu təşkilatın 94 yaşı tamam olur. Assosiasiyaya 150-dən artıq ölkənin milli təşkilatı üzvdür.
Sözügedən bayram 1995-ci ildən Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) təşəbbüsü ilə keçirilir.