Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şirin qarpızı necə seçməli?

Şirin qarpızı necə seçməli?

Tarix: 3 Iyul 2020 23:09

Çin Xalq qəzetinin yazdığına görə, əsas yay desertini - qarpızı dondurmaqla daha şirin etmək mümkündür.

Sonxeber.net xəbər verir ki, qarpızın tərkibində şirinliyi temperaturla tənzimlənən fruktoza var. Temperatur nə qədər aşağı olarsa, fruktoza bir o qədər şirinləşir. Qazlı içkiləri və dondurmanı da bu səbəbdən soyuq içməyə və yeməyə üstünlük verilir.

Bütün yay şirniyyatları arasında qarpız ən faydalılardan biri olaraq qalır: tərkibində çox miqdarda vitamin var, həmçinin yeməkdən əvvəl bir dilim qarpız yesəniz, enerji dəyəri 100 qrama 30 kilokalori olacaq.

Eyni zamanda, mütəxəssislər şəkərli diabetdən və böyrək çatışmazlığından əziyyət çəkən insanlara ehtiyatlı davranmağı tövsiyə edib. Ya kiçik miqdarda qarpız yeyilməli, ya da tamamilə imtina etmək lazım ola bilər.

Bundan əlavə, qarpızı acqarına və ya yeməkdən dərhal sonra yeməməlisiniz. (publika.az)


Etiketlər:  Şirin qarpızı necə seçməli


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ