Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2020 17:27
Rusiyanın qidalanma və biotexnologiyalar üzrə federal tədqiqat mərkəzinin "Sağlamlıq və idman qidalanması" məsləhət-diaqnostika mərkəzinin həkim-dietoloqu Tamara Pruntseva erkən qocalmaya gətirib-çıxaran qidaların adlarını açıqlayıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, mütəxəssisin sözlərinə görə, çox emal olunmuş qida məhsullarının tərkibində ən azı beş əlavə olur.
Bunlar rəngləndiricilər, konservantlar, qatılaşdırıcılar, dad əlavələri və digərləridir. Belə qidalara sosislər, şirin qazlı sular, mağazada satılan yarımfabrikat kotletlər, şirniyyat, şirin və quru səhər yeməkləri, həmçinin, südlü desertlər aiddir.
"Adətən, emal olunmuş qida yeyən şəxlərin rasionunda zülal çatışmazlığı yaranır. Hamburgerin içindəki kotletdə, hisə verilmiş kolbasada və ya sosisdə az miqdarda zülal olur, əksinə, yağların və müxtəlif əlavələrin həcmi həddən çoxdur və bunlar məhsullara özünəməxsus dad verir", - deyə həkim bildirib.
Zülal çatışmazlığı isə, öz növbəsində, əzələ kütləsinin azalmasına səbəb olur və bəzən immun sistemin zəifləməsinə gətirib-çıxara bilər.