Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Virusun ağciyərə təsiri çox qorxuludur” - Alimdən XƏBƏRDARLIQ

“Virusun ağciyərə təsiri çox qorxuludur” -  Alimdən XƏBƏRDARLIQ

Tarix: 4 Iyul 2020 18:12

"Biz bu gün çox böyük təhlükə - yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma, onunla müharibə qarşısındayıq. Bu, adi müharibə deyil. Bizi böyük təhlükə qarşısında qoyan virus gözə görünmür, iyi, səsi yoxdur və onun bizi məhv etmək yolları haqqında məlumatsızıq. Hazırda bu virusa qarşı vaksin və müvafiq dərmanlar da mövcud deyil. Böyük, güclü dövlətlər belə onun qarşısında acizdir. Ən qorxulusu odur ki, koronavirus bizim yaşamağımızı, bədənimizi oksigenlə təmin edən ən həssas üzvünü - ağciyərləri zədələyir. İnsan qidasız 8-10, susuz 3-4 gün yaşaya bilər, lakin oksigensiz 5-10 dəqiqədən artıq yaşamır".

Sonxeber.net Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) saytına istinadən xəbər verir ki, bunu Fiziologiya İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Rafiq Qasımov bildirib.

Alim qeyd edib ki, oksigen çatışmazlığı beyinin, qaraciyərin və başqa orqanların fəaliyyətini dayandırır və nəticədə insan həyatını itirir: "Ağciyərlər sıxılıb-açılma yolu ilə bizi əhatə edən mühitdən havanı qəbul edir, çox incə yollarla qana və qan damarları vasitəsilə bədənin yaşamasını təmin edən üzvlərə daxil edir. Oksigensiz həyat mümkün deyil. Ona görə də bu virusun ağ ciyərlərin fəaliyyətinə təsiri çox qorxuludur. Virusa qarşı mübarizə aparmaq üçün dərmanların olmamasını nəzərə alaraq, özümüzü və ətrafdakılarımızı ondan qorumalıyıq".

R.Qasımov dünyanı bürüyən pandemiyaya qarşı birgə mübarizə aparmaq üçün tibbi maska taxmağı, sosial məsafə saxlamağı, təmizliyə riayət etməyi və qapalı məkanlarda sıxlıq yaratmamağı tövsiyə edib.


Etiketlər:  Virusun ağciyərə təsiri çox qorxuludur Alimdən XƏBƏRDARLIQ


RƏYLƏR