Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda koronavirusa yoluxanların sayı 28 mini keçib

Ermənistanda koronavirusa yoluxanların sayı 28 mini keçib

Tarix: 6 Iyul 2020 11:04

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 28 936 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 330 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 491 nəfər koronavirusdan ölüb, 12 143 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.


Etiketlər:  Ermənistanda koronavirusa yoluxanların sayı mini keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ