Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkim: Həftəsonu evə buraxılması planlaşdırılır, quduzluğun heç bir əlaməti yoxdur

Həkim: Həftəsonu evə buraxılması planlaşdırılır, quduzluğun heç bir əlaməti yoxdur

Tarix: 23 Aprel 2019 14:28

Bakı. Ayşəm Rüstəmova - Trend:

Üzünü it parçalayan 4 yaşlı Hüseyn Məmişovda quduzluğun heç bir əlaməti yoxdur. Uşağın vəziyyəti normaldır və müalicəsi sxem üzrə davam etdirilir.

Bu barədə Trend-ə uşağın həkimi, Kliniki Tibbi Mərkəzin Üz-çənə cərrahiyyəsi şöbəsində çalışan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Məhəbbət Cəfərov deyib.

Həkimin sözlərinə görə, uşağın tez bir zamanda sağalması üçün zəruri olan bütün tədbirlər həyata keçirilir:

“Uşağın üzündə ciddi yara var idi. Biz onu bərpa etdik. Gözləyirik yara sağalsın, tikişləri çıxaraq. Bundan sonra H.Məmişovun müalicəsi 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında davam etdiriləcək. Müalicənin 3 ay və ya 6 ay müddətinə davam edəcəyinə infeksionist həkimlər qərar verəcək”.

M.Cəfərov deyib ki, hazırda zərdabların vurulması davam edir: "Quduzluqla bağlı kritik müddət sayılan "40 gün" gözlənilməlidir. Bu müddət ərzində uşağa zərdablar vurulacaq. Sxematik müalicə mütləq davam etdirilməlidir.

Həkim onu da əlavə edib ki, H.Məmişovun həftəsonu evə buraxılacağı planlaşdırılır:

Xatırladaq ki, Sulutəpədə yaşadığı evin həyətində sahibsiz itin hücumuna məruz qalan H.Məmişov yanaq nahiyəsindən xəsarət alıb.

Məlumata görə, it quduz olduğu üçün uşağın üzünü parçalayan kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb.

H.Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi əməliyyat edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Həkim Həftəsonu evə buraxılması planlaşdırılır quduzluğun heç əlaməti yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ