Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Keçmiş məhkumdan narkotik götürülüb

Keçmiş məhkumdan narkotik götürülüb

Tarix: 6 Iyul 2020 23:10

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağsu şəhər sakini M.Qəhrəmanovdan 241 qr marixuana aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Ağsu RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qəhrəmanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 6 qrama yaxın, evindən isə 235 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Milli.Az


Etiketlər:  Keçmiş məhkumdan narkotik götürülüb


RƏYLƏR