Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2020 11:50
Müğənni Xuraman Şuşalı övladları ilə bağlı başına gələn hadisəni sosial şəbəkədə bölüşüb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi prodüser Tarix Əliyevin (Tolik) paylaşımına rəy yazarkən uşaqlarının ölümdən döndüyünü vurğulayıb. O bildirib ki, karantin günlərində 4 uşaqla evdə qalmaq çətindir:
"Yerdə sürünə-sürünə bu vəziyyətdə idim. Elə bil uşaqlar üstümdən məni tapdalaya-tapdalaya keçirdi. İki uşağımı güclə pəncərədən tutdum. Şükür, Allah qorudu. Saniyə söhbəti oldu. İkisi də birdən düşürdü. Artıq dözə bilmirəm".
Qeyd edək ki, Elçin adlı rejissorla evli olan müğənninin 4 övladı var.