Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2020 13:32
“Tottenhem”in futbolçuları – qapıçı Uqo Lyorislə yarımmüdafiəçi Son Hın Min arasında qalmaqal yaranıb.
Qol.az xəbər verir ki, hadisə dünən Premyer Liqanın 33-cü turunda “Everton”a qarşı matçın (1:0) fasiləsi zamanı baş verib. Onların arasında münaqişə yaranıb. Hadisənin əlbəyaxa davaya çevrilməsinin qarşısını futbolçular alıblar. Bundan sonra onlar paltardəyişmə otağına yollanıblar.
İkinci hissədə meydana çıxarkən isə fransalı və koreyalı futbolçu barışdıqlarını nümayiş etdirmək üçün bir-birilərini qucaqlayıblar.
Mourinyonun mövqeyi
“Əgər siz bu məsələdə günahkar axtarışındasınızsa, həmin adam mənəm” – deyə matçdan sonra keçirilən mətbuat konfransında “Tottenhem”in baş məşqçisi Joze Mourinyo bildirib: “Mən futbolçulardan tələb etmişdim ki, özlərinə tənqidi yanaşmırlar. Xahiş etdim ki, bir-birilərinə daha çox təzyiq etsinlər. Bu vəziyyətdə kapitan (Lyoris – red.) hesab edib ki, komanda üçün daha çox şey etməlidir. Bu isə bizim sevimlimiz Sona münasibətdə oldu. Bəzi sözlər işləndi. Amma bu, şişirdiləsi hadisə deyil. Hər şey qaydasındır”.