Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İbadulla Ağayev: Baş epidemioloq vəzifəsindən azad olmağımda haqqımda söylənilən mənfi fikirlər rol oynamayıb

İbadulla Ağayev: Baş epidemioloq vəzifəsindən azad olmağımda haqqımda söylənilən mənfi fikirlər rol oynamayıb

Tarix: 8 Iyul 2020 15:00

Bakı. İlhamə İsabalayeva - Trend:

Baş epidemioloq vəzifəsindən azad olmağımla bağlı qərarın verilməsində haqqımda söylənilən mənfi fikirlər rol oynamayıb.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş epidemioloqu vəzifəsindən öz xahişi ilə azad edildiyini deyən İbadulla Ağayev bildirib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin baş epidemioloqu vəzifəsindən azad olması üçün heç kəs tərəfindən ona təqyiq göstərilməyib:

"Hər kəsin haqqında mənfi fikirlər söylənilə bilər. Məni tanıyanlar bilirlər ki, mən kiməm. Böyük bir vəzifəm də yoxdur, sadəcə, olaraq, Azərbaycan Tibb Universitetində kafedra müdiriyəm. Səhiyyə Nazirliyinin də ictimai əsaslarla işləyən baş mütəxəssisi idim”.

Qeyd edək ki, ötən həftə İbadulla Ağayevin ölkədəki vəziyyətdən xəbərsiz olması barədə dediyi fikirlər sosial şəbəkədə kəskin tənqid edilmişdi.


Etiketlər:  İbadulla Ağayev Baş epidemioloq vəzifəsindən azad olmağımda haqqımda söylənilən mənfi fikirlər oynamayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ