Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

TikTok nümayəndələri təhlükəsizlik problemlərinə dair xəbərlərə cavab verdi

TikTok nümayəndələri təhlükəsizlik problemlərinə dair xəbərlərə cavab verdi

Tarix: 9 Iyul 2020 20:56

TikTok sosial şəbəkəsinin mətbuat xidməti bildirib ki, tətbiqin təhlükəsizlik sistemindəki problemlər barədə mesajları yoxlanılır. Məlumata görə, TikTok-a qarşı irəli sürülən iddiaların bir çoxunun sübut olunmayıb. Çünki bu problemlərdə tətbiqin bir neçə il əvvəl mövcud olan köhnəlmiş versiyalarının təhlili əks olunub.

Milli.Az ted.az-a istinadən bildirir ki, TikTok-da təhlükəsizlik sistemindəki boşluqları tapan və onları düzəldən məlumat təhlükəsizliyi qrupu var.

"Biz istifadəçilərimizin məxfiliyinə hörmətlə yanaşırıq. Təhlükəsizlik məsələlərində şəffaflığı, cəmiyyətimizə və mütəxəssislərimizə tətbiq olunmasını təmin edirik", - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, TikTok istifadəçilərin genişmiqyaslı nəzarətində şübhəli bilinir. Reddit istifadəçilərindən birinin sözlərinə görə, gənclər arasında populyar tətbiq, xidmətin işləməsi üçün lazım olmayan çox miqdarda şəxsi məlumat toplayır.

Milli.Az


Etiketlər:  TikTok nümayəndələri təhlükəsizlik problemlərinə dair xəbərlərə cavab verdi


RƏYLƏR