Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA-nın avrokuboklarla bağlı yeni qərarı - Rəsmi

UEFA-nın avrokuboklarla bağlı yeni qərarı -  Rəsmi

Tarix: 9 Iyul 2020 22:46

Uefa avrokubokların 1/8 final mərhələsinin cavab oyunları ilə bağlı qərarını açıqlayıb.

Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ev sahibi komandaların rəqiblərini doğma meydanda qəbul etməsinə icazə verilib. 

Yalnız Avropa Liqasının 1/8 finalının təxirə salınan "İnter" - "Xetafe" və "Sevilya" - "Roma" cütünün qalibi Almaniyada bir oyunla müəyyənləşdiriləcək. Bu komandaların ilk oyunu da baş tutmayıb.

Qeyd edək ki, UEFA daha əvvəl koronavirus pandemiyasına görə Çempionlar Liqasının oyunlarının 1/4 final mərhələsindən "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda keçirilməsinə qərar vermişdi.

 

 


Etiketlər:  UEFA nın avrokuboklarla bağlı yeni qərarı Rəsmi


RƏYLƏR