Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA-nın avrokuboklarla bağlı yeni qərarı - Rəsmi

UEFA-nın avrokuboklarla bağlı yeni qərarı - Rəsmi

Tarix: 9 Iyul 2020 22:50

Çempionlar Liqası və Avropa Liqasının 2019/20 mövsümünün oyunları, eləcə də 2020/21 mövsümünün seçmə mərhələlərinin görüşləri tamaşaçısız keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Çempionlar Liqası və Avropa Liqasının 1/8 final mərhələsinin oyunları ev komandalarının arenalarında keçiriləcək.

Bu qərar qurumun icra komitəsinin iclasında qəbul edilib.

Milli.Az


Etiketlər:  UEFA nın avrokuboklarla bağlı yeni qərarı Rəsmi


RƏYLƏR