Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2020 13:54
Koronavirusun nə qədər ailəni gözüyaşlı qoyduğunu artıq hər birimiz eşidirik, oxuyuruq, şahidi oluruq. Ölkədə tətbiq edilən sərt karantin rejimi bu acınacaqlı durumun qarşısını almağa yönəlsə də, görülən tədbirlərini effektivini heçə endirən məqamlar hələ də qalmaqdadır. Mənim məqsədim ictimai nəqliyyatda maskanı çənəsinə keçirib, ondan qaydalara riayət etməsini tələb edən digər sərnişinlərin qınağına "Bizi koronavirus yox, isti öldürəcək" sözləri ilə çəmkirərək davaya çıxan, lakin polisi görüncə çənəsindəki maskanı gözünə kimi çəkən bəzi məsuliyyətsiz insanlara ağıl qoymaq deyil.
Məqsədim COVİD-19 virusunun ölkəmizdə yayılmağa başladığı vaxtdan fikirlərini aldığım bəzi mütxəssislərin dedikləri əsasında gəldiyim qənaəti diqqətinizə çatdırmaqdır:
Bu şəkildə COVID-19-un daxili quruluşu əks edilib. Dünyanın, hətta mikroorqanizmlərin də ən kiçiyidir. Ən kiçik bakteriyadır, bu virus digər mikroorqanizmlərlə müqayisədə otaq içində qarışqa kimidir. Koronavirus ağ ciyər alveoluna düşüb, hər 6 dəqiqədən bir cütləşib nəsil artırır. Ağ ciyərə düşən bir virus 1 saatda 1000 virusa çevrilir, 1 sutkada milyonlara və nəticədə bütün ağ ciyəri yeyir dağıdır.
Koronavirusdan xilas mümkündür?
Bu zamana kimi bir çox mütəxəssislər arasında keçirdiyim sorğudan bu qənaətə gəldim ki, koronavirusdan xilas var, müalicəsi isə yoxdur. Çünki bu təbii fəlakətdir, əslində. Necə ki, az öncə dünyanın aparıcı informasiya agentliklərində yayılan "Çində daşqınlar 30 milyondan çox insana ziyan vurub" fəakəti kimi (Çinin cənubi, cənub-qərbi, şərqi və mərkəzi əyalətlərində aramsız yağışlar nəticəsində baş vermiş daşqınlar nəticəsində azı 140 nəfər ölüb, 1.7 milyondan çox sakin təxliyə olunub, 270 mindən çox yaşayış binası və tikili dağılıb. Daşqınların vurduğu iqtisadi ziyan 9 milyard dollara yaxın məbləğdə ölçülür- red).
Bu yerdə "El ilə gələn bəla toy-bayramdır" məsəli yadıma düşsə də, dünyanı qaraya bürüyən koronavirusun ölkəmizdə toylara, partilərə, yeyib-içmək məclislərinə olan "simpatiyası"nı, yas mərasimlərini də bir o qədər "sevdiyini" qeyd etməyim yerinə düşər. Ondan bir xilas, qorunma yolu var ki, o da kənar durmaqdır. Yəni, virusun əlinə düşməmək üçün mütləqdir ki, hamılıqla bir nəfər kimi qaydalara riayət edək, virus seli gəlib keçsin.
Bəs koronavirus keçib gedəcəkmi?
Mütləq keçəcək. Necə ki, sel, tufan, sunami baş verdiyi ərazilərə ciddi ziyan vurub keçib gedir, bu virus da o cür. Lakin mutasiyaya məruz qalan COVİD-19 virusunun öldürücülüyü, aqressivliyi artır.
Dünyanın bir çox nəhəng dövlətlərini aciz duruma salan koronavirus ölkəmizdə də son vaxtlar ölənlərin və yoluxanların sayındakı artımla vəziyyətin daha da ciddiləşdiyini göstərir. Yoluxmanın ölkəmizdə qeydə alındığı ilk həftələr bu xəstəliyi ağır keçirənlərin 65 yaş üstü şəxslər və xroniki xəstəliyi olanlar idisə, artıq cavana-yaşlıya baxmır. Azğınlaşan COVİD 19-dan xilas olmaq üçün çox alternativizm yoxdur. Dünyanın bir çox ölkələri yoluxma sayının yenidən kəskin artması ilə əlaqədar karantin müddətini uzatmaq qərarına gəlib. Bir çox elm adamları açıqlamalarında virusun mutasiyasının 2-3 aya sona çatacağını və adi qrip kimi insanlarda müşahidə ediləcəyi, koronavirusdan daha ölümün olmayacağı açıqlamalarını verirlər.
Bəs hansı halda COVİD 19-dan xilas ola biləcəyik?
Bəli, adi qripə çevrilə bilər. Çünki bütün yüngül qrip növləri də bir vaxtlar korona kimi öldürücü olub, sonradan öldürücülüyünü itirib. Təbii ki, dünyanı zaman-zaman kütləvi ölümlərlə təhdid edən qrip virusuna qarşı tarixin müxtəlif zamanlarında vaksin axtraışı davam etsə də, bu günümüzə kimi onun dərmanı mövcud deyil. Spesifik mülicəsi olmayan koronavirusun vaksininin çıxacağı günü ayağımızı ayağımızın üstünə aşırıb, gözləmiş olsaq, bu fəlakətdən həyatını itirənlər arasında xeyli sayda tanıdıqlamızın olduğuna şahidlik etmiş olarıq. Ona görə də hələlik dünyada vaksini olmayan bu azğın virusdan qorunmağın ümumi çıxış yolu tibbi maska taxmaq, sosial məsafə saxlamaq və tez-tez əllərimizin gigiyenasına diqqət etməkdir.
Eynilə on illiklər öncə evimizə qaz çəkildikdə biz bilmirdik ki, qazı açıq qoyanda bizi öldürə bilər. Və qazı açıq qoyub kifayət qədər ölən adamlar oldu. Amma biz artıq gecə yatanda qazı bağlayırıq. Çünki bilirik ki, açıq qoysaq, bizi öldürəcək. Biz qazla davranmağı bildiyimiz kimi koronavirusla da davranmağı öyrənməliyik, bu virusla bir yerdə yaşamağı öyrənməliyik. Əks təqdirdə soyuq reanimasiya divarları arasında COVİD xəstələrinin müalicəsi ilə məşğul olan tibb işçilərinin ölüm xəbərlərini eşitmək bizim üçün adiləşəcək. Bu hadisə isə ölümün hər ötən gün bizə daha yaxınlaşması deməkdir.
Təhməz Təkin