Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb

Çempionlar Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb

Tarix: 10 Iyul 2020 14:44

Bakı.Trend:

İsveçrənin Nyon şəhərində koronavirus pandemiyası ilə əlaqədar fasilə verilmiş 2019-20-ci il UEFA Çempionlar Liqasının dörddəbir final, yarımfinal və final mərhələlərinin püşkü atılıb.

Trend-in məlumatına görə, dörddəbir finalda "Real"-"Mançester Siti" matçının qalibi "Yuventus"-"Lion" matçının qalibi ilə, "Leyptsiq" "Atletiko" ilə, "Napoli"-"Barselona" matçının qalibi "Bavariya"-"Çelsi" matçının qalibi ilə, "Atalanta" isə "Paris Sen-Jermen"lə qarşılaşacaq.

Qeyd edək ki, səkkizdəbir final mərhələsinin qalan dörd oyunu keçirildikdən sonra digər mərhələlərin bütün oyunları Portuqaliyanın paytaxtı Lissabonda baş tutacaq.

Çempionlar Liqasının matçları avqustun 7-də bərpa olunacaq. Final matçı avqustun 23-də keçiriləcək.


Etiketlər:  Çempionlar Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ