Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Metronun bağlanmasının səbəbi açıqlandı

Metronun bağlanmasının səbəbi açıqlandı

Tarix: 10 Iyul 2020 18:20

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda metronun bağlanmasının səbəbi açıqlanıb.

Trend-in məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın brifinqində deyib ki, metro qapalı yer olduğuna görə virusa yoluxma üçün münbit şərait yaranır:

“Metro qapalı bir yerdir və orada virus olduğu halda çoxlu sayda insanın yoluxmasına səbəb ola bilər”.

H.Hacıyev qeyd edib ki, metro əvəzinə ekspress avtobuslar fəaliyyət göstərir və sərnişin sıxlığına uyğun olaraq avtobusların sayı tənzimlənir.


Etiketlər:  Metronun bağlanmasının səbəbi açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ