Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2020 18:24
Bakı. Samir Əli - Trend:
Səhiyyə nazirinin səhhətində heç bir problem yoxdur.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.
Onun sözlərinə görə, nazir hazırda iş başındadır: "Səhiyyə nazuri bir neçə dəfə pandemiya dövründə müsahibə də verib: "Səhiyyə Nazirliyinin nümayəndələri media arasında da görüşlər olur..Nazirlik əməkdaşları da həmişə media ilə mütəmadi əlaqə saxlayır".