Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2020 18:26
Səhiyyə nazirinin səhhətində heç bir problem yoxdur.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.
Onun sözlərinə görə, nazir hazırda iş başındadır: "Səhiyyə naziri bir neçə dəfə pandemiya dövründə müsahibə də verib: "Səhiyyə Nazirliyinin nümayəndələri ilə media arasında da görüşlər olur. Nazirlik əməkdaşları da həmişə media ilə mütəmadi əlaqə saxlayır".