Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2020 21:12
"Oğlumun dəfninə gedə bilmədim, çox ağırdır mənə".
Sonxeber.net xəbər verir ki, yenicag.az-a açıqlama verən xalq artisti Canəli Əkbərov oğlunun ağır itkisindən danışarkən belə deyib.
Xanəndə xəstə olduğu üçün dəfn mərasiminə qatılmayıb:
"Ailəmin hamısı getdi, xəstə olduğum üçün mən gedə bilmədim. Heç bilmirəm oğlumdan sonra necə yaşayacam. Ata üçün bundan böyük dərd yoxdur".
Xalq artisti oğlunun xəstəlik nəticəsində dünyasını dəyişdiyini bildirib.
Mərhum Lənkəran rayonunun Tükəvilə kəndində dəfn olunub.