Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müntəzəm aktivlik koronavirusa yoluxmanın qarşısını alır?

Müntəzəm aktivlik koronavirusa yoluxmanın qarşısını alır?

Tarix: 12 Iyul 2020 11:18

Müntəzəm fiziki aktivlik tənəffüs yolları xəstəliklərinə yoluxma riskini azaldır.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Rusiyadan olan mütəxəssislər apardıqları tədqiqata əsasən bu qənaətə gəliblər. Daimi olan yüngül fiziki fəaliyyət koronavirus da daxil olmaqla tənəffüs yollarının xəstəlikləri riskini azaldır. Tamamilə fiziki işin olmaması və ya idmana həddən artıq ehtiras əks təsir göstərə bilər. Rusiyanın Epidemiologiya və Mikrobiologiya Federal Tədqiqat Mərkəzinin tədqiqatçılarına görə, fiziki fəaliyyət səviyyəsi insanın infeksiyaya qarşı müqavimətinə təsir göstərir.

Hesab olunur ki, idman etməyənlər və həyatda az aktiv olanlar tənəffüs yolu ilə keçən yoluxucu xəstəliklərə daha çox həssasdırlar. Eyni təsir həddindən artıq çox idman edənlərdə də müşahidə olunur. Tədqiqat zamanı məlum olub ki, müntəzəm olaraq idmanla məşğul olan idmançılar və həvəskarlarda digərləri ilə müqayisədə tənəffüs yolu ilə infeksiyaya yoluxma hallarının çox aşağıdır.

Milli.Az


Etiketlər:  Müntəzəm aktivlik koronavirusa yoluxmanın qarşısını alır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ