Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda bələdiyyə sədrliyinə vakansiya elan edilib - FOTOFAKT

Bakıda bələdiyyə sədrliyinə vakansiya elan edilib - FOTOFAKT

Tarix: 12 Iyul 2020 16:24

Bakıda bələdiyyə sədri vəzifəsinə vakansiya elan edilib. Bəli, nə qədər qəribə səslənsə də belədir.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Azərbaycanda fəaliyyət göstərən elan saytlarından birində bələdiyyə sədri vakansiyası elan olunub. Maaşı isə 700 manatdan çoxdur.

Elanı yerləşdirən tərəf Milli Diplomatiya Mərkəzi (internet resurslarında bu barədə məlumat yoxdur) olaraq qeyd edilir. Elanda deyilir ki, Bakıda qəsəbələrdən birinə bələdiyyə sədri tələb olunur.

Maraqlıdır ki, bələdiyyə sədrinə 700 manat və əlavə olaraq bonus da təklif olunur. Müraciət edən şəxsin yaş həddi 22-58 yaş arası olmalıdır. Tələblərdə namizədin məsuliyyətli, ali təhsilli, bacarıqlı və peşəkar olması da istənilir.

Reklamda göstərilən nömrəyə zəng edərək bunun həqiqət olub-olmadığını öyrənmək istədik. Zəngimizə cavab verən şəxs bildirdi ki, artıq vakansiya yeri tutulub.

Maraq üçün hansı qəsəbəyə bələdiyyə sədri lazım olduğunu da soruşduq. Danışdığımız şəxs bizə söylədi ki, bələdiyyə sədri Sabunçu rayonunun qəsəbələrindən birinə lazım olub...

Qeyd etmək lazımdır ki, bələdiyyə sədrliyinə vakansiya elan edilməsi qanunla mümkün deyil. "Bələdiyyələrin statusu haqqında" qanunda da bu haqda ətraflı yazılıb. Qanunda göstərilir ki, bələdiyyə seçkili orqandır.

Qanunda həmçinin bələdiyyə sədrinin necə seçilməsi və kimin bələdiyyə sədri ola biləcəyi də izah edilir:

"Bələdiyyə orqanlarının seçkili vəzifəli şəxsi - əhalinin bilavasitə və ya nümayəndəli yerli özünüidarə orqanının öz tərkibindən seçdiyi, bələdiyyənin nizamnaməsinə uyğun yerli əhəmiyyətli məsələləri həll etmək səlahiyyətləri verilmiş vəzifəli şəxsdir".


Etiketlər:  Bakıda bələdiyyə sədrliyinə vakansiya elan edilib FOTOFAKT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ