Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2020 13:00
Bakı. Samir Əli - Trend:
Mingəçevir şəhərində sərtləşdirilmiş karantin rejiminə zidd olaraq
fəaliyyət göstərən bərbərxana aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata
görə, Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir
zamanı şəhər ərazisində Bakir Hacıyevə məxsus kişi salonunun qanunsuz olaraq
sərt karantin rejimində işlədiyi məlum olub. Obyektə baxış zamanı bərbər və
müştərilərin olduğu aşkar edilib.
Rejim qaydalarını pozduqları üçün həmin şəxslər barəsində İnzibati
Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək
cərimələniblər.