Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sərt karantin elan edilən rayonlardan Qaxa istirahətə gələnlər barəsində tədbir görülüb - FOTO

Sərt karantin elan edilən rayonlardan Qaxa istirahətə gələnlər barəsində tədbir görülüb - FOTO

Tarix: 13 Iyul 2020 19:40

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərtləşdirilmiş karantin rejimi elan olunan rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahətə gələn şəxslərin müəyyən edilməsi məqsədilə tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən reyd zamanı icazələri olmadan və yaxud iş üçün icazələri olsa da, Qax rayonuna istirahət məqsədilə gələn şəxslər müəyyən edilib. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.

Milli.Az


Etiketlər:  Sərt karantin elan edilən rayonlardan Qaxa istirahətə gələnlər barəsində tədbir görülüb FOTO


RƏYLƏR