Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2020 21:02
"Mançester Siti"nin növbəti iki mövsüm ərzində Çempionlar Liqasından kənarlaşdırılması qərarı ləğv olunub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) bugünkü iclasında klubun müraciətini təmin edib. Eyni zamanda, UEFA-nın qərarı ilə klubun 30 milyon avroluq cəriməsi 10 milyon avroya endirilib. Bu barədə CAS-ın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, "Siti" feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən 2 illik avrokuboklardan uzaqlaşdırılmış və 30 milyon avro məbləğində cərimələnmişdi.
"Mançester Siti" 35 turdan sonra Premyer Liqada 72 xalla 2-cidir. Komanda növbti mövsüm Çempionlar Liqasında iştirak edəcək.