Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İcma sədri: Danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən davam etdirilir, icmalar maraqlı tərəf kimi prosesi izləyir

İcma sədri: Danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən davam etdirilir, icmalar maraqlı tərəf kimi prosesi izləyir

Tarix: 19 Iyun 2019 09:48

Bakı. Samir Əli - Trend:

Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistan tərəfinin Dağlıq Qarabağın erməni icmasını 3-cü tərəf kimi irəli sürməsinin heç bir əsası yoxdur.

Trend-n məlumatına görə, bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, erməni tərəfi həmişə bu cür bəhanələrlə danışıqlardan yayınmağa cəhd edir: "Danışıqlar prosesində Ermənistan tərəfi daim prosesi gecikdirməyə, yubatmağa cəhd edib. Bu məsələ də həmin bəhanələrdən biridir. Azərbaycan hər zaman münaqişənin tənzimlənməsi üçün danışıqlarda konstruktiv mövqeyini ortaya qoyub, amma Ermənistan daim danışıqlardan yayınaraq münaqişənin həllinə xələl gətirməyə çalışıb. Ermənilər həmişə bu prosesdə Dağlıq Qarabağın erməni icmasını 3-cü tərəf kimi danışıqlara qatmaq, həmin icmanın rolunu şişirtməyə cəhd edib. 1992-ci ildə ATƏT-in Helsinki Nazirlər Şurasının sammitində qeyd olunduğu kimi, Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icması erməni icması ilə birlikdə münaqişənin aralı tərəfidir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin sonuncu bəyanatında da qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı və erməni icmaları maraqlı tərəfdir. Ermənilərin formatın dəyişdirilməsində atdığı hansısa addımlar müvəffəqiyyətsizliyə uğrayacaq, bu iddianın heç bir əsası yoxdur”.

T.Gəncəliyev bildirib ki, danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən davam etdirilir və icmalar maraqlı tərəf kimi prosesi izləyir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İcma sədri Danışıqlar Azərbaycan Ermənistan rəhbərliyi tərəfindən davam etdirilir icmalar maraqlı tərəf kimi prosesi izləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ