Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2020 17:32
"Atalanta"nın futbolçusu Luis Muriel xəstəxanaya yerləşdirilib.
Qol.az "Football İtalia"ya istinadən xəbər verir ki, komanda yoldaşları ilə istirahət edən kolumbiyalı hücumçu hovuzun kənarında sürüşüb və başından yaralanıb.
Həkimlər onun ciddi xəsarət almadığın bildirib. Ancaq futbolçunun başına bir neçə tikiş qoyulub. Murielin A seriyasının 33-cü turunda evdə "Breşiya" ilə matçı buraxacağı bildirilib
Qeyd edək ki, Luis Muriel bu mövsüm ölkə çempionatında 29 matçda 17 qol vurub.