Tarix: 15 Iyul 2020 10:26
"Give Me Sport” nəşri 21-ci əsrin klub səviyyəsində keçirilmiş oyunlarda qolların nisbəti üzrə ən yaxşı futbolçuların reytinq siyahısını açıqlayıb.
Qol.az xəbər verir ki, "Barselona"nın kapitanı Lionel Messi 726 matçda 630 qolla (0,87) reytinq siyahısına başçılıq edir.
İkinci pillədə "Yuventus"un futbolçusu Kristiano Ronaldo (0,77) qərarlaşıb. O, 812 oyunda 626 dəfə fərqlənib. 472 görüşdə 345 dəfə rəqib qapısına yol tapan "Bavariya"nın hücumçusu Robert Levandovski (0,73) 3-cü sıradadır.
İlk 10-luq belədir: 1. Lionel Messi (0,87).
2. Kriştiano Ronaldo (0,77).
3. Robert Levandovski (0,73).
4. Luis Suares (0,67).
5. Neymar (0,65).
6. Kilian Mbappe (0,65).
7. Harri Keyn (0,63).
8. Zlatan İbrahimoviç (0,62).
9. Edinson Kavani (0,61).
10. Rud Van Nistelroy (0,60).