Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyadan Azərbaycana gələn ''Mercedes''də qanunsuz mallar aşkarlanıb (FOTO)

Rusiyadan Azərbaycana gələn ''Mercedes''də qanunsuz mallar aşkarlanıb (FOTO)

Tarix: 19 Iyun 2019 13:08

Bakı. Trend:

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postuna daxil olan Rusiya Federasiyası vətəndaşının idarə etdiyi "Mercedes-Benz 220 CDI" markalı avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Trend-ə verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin yük yerində olan ehtiyat təkərin yan hissələrindəki boşluqdan gömrük nəzarətinə bəyan edilməyən, müxtəlif adda ümumilikdə 100 ədəd soyuducu ehtiyat hissəsi-kondensator, 20 ədəd elektrik açarı, dişli təkər çarxı və ayırıcı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Rusiyadan Azərbaycana gələn Mercedesdə qanunsuz mallar aşkarlanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ