Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millimizin sabiq futbolçusu: “Tovuza getmək istədim, polislər karantinə görə buraxmadılar”

Millimizin sabiq futbolçusu: “Tovuza getmək istədim, polislər karantinə görə buraxmadılar”

Tarix: 16 Iyul 2020 15:30

Mən Tovuzun özündə doğulmuşam. 16 yaşınadək orda yaşamışam. Qardaşlarım, qohum-əqrəbam ordadır. Son hadisələrdən sonra ora getmək istədim. Lakin polislər karantinə görə Bakı sakini olduğum üçün postdan məni buraxmadılar, geri qaytardılar.

Sonxeber.net xəbər verir ki, bunu oxu.az-a millimizin sabiq futbolçusu Elvin Məmmədov deyib.

31 yaşlı hücumameyilli yarımmüdafiəçi ermənilərin artilleriyadan atəşə tutduğu Tovuza gedə bilməməsindən narahatdır:

"Siz zəng etməmişdən qabaq telefonla orada yaşayan qohumlarım, dost-tanışlarımla danışmışam. Hər dəqiqə oradakı vəziyyəti öyrənməyə çalışıram.

Hərbi səfərbərlik olsa, Allah şahiddir ki, mən də bir vətəndaş kimi müharibəyə getməyi çox istəyirəm. Ali Baş Komandan əmr versə, canla-başla müharibəyə getməyə hazıram. İnanın ki, bu dəqiqə futbol haqda düşünmürəm. Bütün fikrim oradadır".

O, uşaqlıq vaxtı ermənilərin Tovuzda mülki obyektləri atəşə tutduğunu bildirib:

"Məktəbimiz top atəşinə tutulmuşdu. Bizim məktəbin qabağına qəlpələr düşmüşdü. Mərmilər başımızın üstündən uçurdu. Hamısı yadımda qalıb".


Etiketlər:  Millimizin sabiq futbolçusu Tovuza getmək istədim polislər karantinə görə buraxmadılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ