Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2020 12:54
Bakı. Samir Əli - Trend:
Dünən axşamdan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində nisbi sakitlikdir.
Bunu Trend-ə açıqlamasında Tovuz rayonunun Ağdam kənd sakini İsa Əliyev deyib. Onun sözlərinə görə, hazırda ərazidə atışma yoxdur:
"Dünəndən artıq sakitlikdir, atəş səsləri eşidilmir. Biz heç yerə getməmişik, öz evlərimizdəyilk, heç yerə getmək fikrimiz də yoxdur. Biz 90-cı illərdə də öz kəndimizdə, evimizdə olmuşuq. Bundan sonra da axıra qədər öz kəndimizdə olacağıq. Hamımız öz evimizdə, həyətimizdə gündəlik təsərrüfat işləri ilə məşğul oluruq".