Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2020 14:26
"23-24 iyulda keçirilməsi nəzərdə tutulan buraxılış (qəbul) imtahanlarında 60 min şəxsin iştirak etməsi nəzərdə tutulub".
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
M.Abbaszadə bildirib ki, növbəti həftə üçün imtahanların keçirilməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargahdan icazə alınıb. Bu imtahanlar 24-25 iyulda və 2-3 iyulda təxirə salınan kontingentə və sərt karantin tətbiq olunan bölgələrə aiddir.
M. Abbaszadə bildirib ki, bir ay ərzində - iyunun 10-dan iyulun 10-na qədər 143 min insan buraxılış və qəbul imtahanlarında iştirak edib.