Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2020 15:52
"Səbail"dən ayrılan Maykl Essyen Azərbaycanla vidalaşıb.
Qol.az xəbər verir ki, 38 yaşlı ulduz futbolçu İnstaqram səhifəsində paylaşım edib.
Qanalı yarımmüdafiəçi Ermənistan – Azərbaycan sərhədində baş verənlərlə bağlı yenidən ölkəmizə dəstəyini göstərib və burada oynamağın onun üçün xoş olduğunu bildirib: "Güclü və təhlükəsiz olun. Yenidən görüşənədək".
O, daha sonra Azərbaycan dilində "Şəhidlər olməz, vətən bölünməz" sözlərini də paylaşıb.
Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin mart ayından "Səbail"də çıxış edirdi.