Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2020 16:36
Fiqurlu konkisürmə üzrə gənclər arasında dünya çempionu Yekaterina Aleksandrovskaya ölüb.
Sonxeber.net apasport.az saytına isinadən xəbər verir ki, bədbəxt hadisə rusiyalı idmançının evində baş verib.
20 yaşlı Aleksandrovskaya 6-cı mərtəbədəki evinin pəncərəsindən yıxılıb. Gecə yıxılan Yekaterinanın cəsədi bir müddət sonra pəncərənin altından tapılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün təfərrüatlarını araşdırırlar. Bu yaxınlarda Kanadadakı yarışda uğursuz çıxış edən Yekaterina Aleksandrovskayanın depressiyadan əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, rusiyalı idmançı 2016-cı ildə vətəndaşlığını dəyişərək, Avstraliya millisi üçün yarışıb. O, 2017-ci ildə cütlərin mübarizəsində gənclər arasında dünya çempionatının qalibi olub.