Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2020 17:40
Bakı. Elçin Mehdiyev - Trend:
2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 33 milyard 803,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,5 faiz, neft-qaz sektorunda isə 2,9 faiz azalıb.
ÜDM istehsalının 35,7 faizi sənaye, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,6 faizi tikinti, 2,0 faizi informasiya və rabitə, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,1 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,3 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 3393,7 manata bərabər olub.