Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVID-19-a qarşı dərmanların axtarışında sıçrayış

COVID-19-a qarşı dərmanların axtarışında sıçrayış

Tarix: 18 Iyul 2020 19:56

SARS-CoV-2 virusuna qarşı 300 insan anticisminin analizi alimləri virusa effektiv hücüm edən anticismlər tərəfindən tez-tez istifadə edilən genlərə diqqət yetirməyə yönəldib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, ekspertlər hesab edirlər ki, bu kəşf vaksinin hazırlanmasına imkan yarada bilər.

Məlumdur ki, koronavirus insan hüceyrələrinə zülal vasitəsilə daxil olur. ACE2 reseptoru isə virusun insan bədəninin hüceyrələrinə daxil olması üçün "qapı" rolunu oynayır.

Virusun hüceyrələrə birləşdiyi sahədə yerləşən və ACE2-ni bloklayan anticisimlər virusla mübarizədə xüsusi effektiv hesab edilir.

Aparılan analiz virusun zülalının birləşmə nöqtəsinə təsir etmək üçün ən çox istifadə edilən IGHV3-53 genlərini seçməyə imkan verib. IGHV3-53 anticismləri mutagenliyin aşağı göstəricilərinə və virusun işini tormozlamaq qabiliyyətinə malikdir.


Etiketlər:  COVID qarşı dərmanların axtarışında sıçrayış


RƏYLƏR