Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2020 20:34
Azərbaycanı avrokuboklarda təmsil edəcək iki komanda - "Qarabağ"la "Keşlə" bu gün yoxlama görüşündə üz-üzə gəlib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, müvafiq olaraq Çempionlar Liqası və Avropa Liqasında mübarizə aparacaq klublar Qəbələ şəhər stadionunda qarşılaşıblar.
Rəvan Həmzəzadənin idarə etdiyi oyunda komandalar hərəsi 30 dəqiqədən ibarət 3 hissə mübarizə aparıblar. Matçda hesabı Premyer Liqanın bürünc mükafatçısı açsa da, çempion əzmkar qələbə qazanıb.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasına hazırlığı Qəbələdə, "Keşlə" isə Avropa Liqası üçün toplanışı Şamaxıda keçir.
Yoxlama görüşü
18 iyul
17:30. "Qarabağ" - "Keşlə" - 3:1
Filip Ozobiç (2), Mahir Emreli - Aleksandr Kristovao
Qəbələ şəhər stadionu