Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zaqatalada atlını maşın vurub öldürdü

Zaqatalada atlını maşın vurub öldürdü

Tarix: 19 Iyul 2020 10:46

Zaqatalada atlını maşın vuraraq öldürüb.

Sonxeber.net bildirir ki, hadisə axşam saatlarında Zaqatalanın Çobankol kəndində baş verib. Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Şaban Murtuzəli oğlu Atayev atla gedərkən onu "VAZ 21015" markalı minik avtomobili vurub.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Ş.Atayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin yaralı xəstəxanaya daxil olduqdan bir qədər sonra həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.


Etiketlər:  Zaqatalada atlını maşın vurub öldürdü


RƏYLƏR