Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2019 18:52
Yay təlim-məşq toplanışı üçün dünən Avstriyaya gedən "Qarabağ" sözügedən ölkədə hazırlıqlara başlayıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda bu gün yerli vaxtla 11:15-də (Bakı vaxtı ilə 13:15) toplanışın ilk məşqinə çıxıb və hazırlıq 90 dəqiqə davam edib. Fiziki çalışmalara üstünlük verilən məşqdə milli komandalardan gələn futbolçular da iştirak edib.
Günün ikinci məşqi isə yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00) start götürəcək.
Yuxarı