Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Zirə''də növbəti ayrılıq

''Zirə''də növbəti ayrılıq

Tarix: 20 Iyul 2020 11:00

Müqavilə ilə "Qarabağ"a məxsus olan Rafael Məhərrəmli "Zirə"dən ayrılıb.

Qol.az xəbər verir ki, bu barədə 21 yaşlı müdafiəçi "İnstaqram" hesabından məlumat verib. O, Bakı təmsilçisinə təşəkkür edib.

Qeyd edək ki, Rafael Məhərrəmli 2019-cu ilin yanvarından icarə əsasında "Zirə"də çıxış edirdi.

Xatırladaq ki, klub daha əvvəl Emil Balayev, Nicat Süleymanov, Tellur Mütəllimov, Anastasios Papazoğlu, Miloş Bakraç, Yovan Krneta, Orxan Sadıqlı, Alvaro Ampuero, Adrian Skarlatake, Cavid Hüseynov, Boyan Zoqoviç, Şafik Tiqrudca, Bəxtiyar Həsənalızadə, Mfo Kqasvane və Riçard Qadze ilə yollarını ayırıb.

 


Etiketlər:  Zirədə növbəti ayrılıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ