Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2020 13:54
Türkiyə Superliqasında elitanı tərk edəcəyi dəqiqləşən ilk komanda bəlli olub.
Qol.az xəbər verir ki, bu, 2019/20 mövsümünün başa çatmasına bir tur qalmış müəyyənləşib. 18 komanda arasında sonuncu pillədə qərarlaşmış “Ankaragücü” 1-ci liqaya düşüb.
Buna komanda 33-cü turda “Antalyaspor”a 0:1 hesablı məğlubiyyəti səbəb olub. Hesabında 29 xalı olan paytaxt təmsilçisi sonuncu pilləni tərk edə bilməyəcəyi dəqiqləşib.
Qeyd edək ki, “Ankaragücü” iki mövsümdür Superliqada mübarizə aparırdı.