Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2020 11:14
"Samtredia"da çıxış edən azərbaycanlı futbolçu Nicat Qurbanov Gürcüstan çempionatında 6-cı turun rəmzi komandasında yer alıb.
Qol.az xəbər verir ki, "live.ge" nəşrinin hazırladığı siyahıya 28 yaşlı yarımmüdafiəçi "11-liy"ə hücumçu kimi daxil edib.
Xatırladaq ki, N.Qurbanov 6-c turda "Merani" ilə görüşdə (2:1) penaltidən fərqlənərək komandasının qələbə qolunu vurub. O, qoldan sonra bu ay Tovuzda şəhid olan Azərbaycan hərbçilərinin xatirəsinə ehtiram olaraq əsgər salamı verib.