Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2020 13:02
Azərbaycan Ordusu bu dəfə də düşmənə layiqli cavabını verdi.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Trend-in "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə açıqlamasında deyib.
O bildirib ki, Ordumuzun bütün zabit və əsgərləri döyüş bölgəsində öz güclərini göstərdilər: "Prezident İlham Əliyevlə xalq arasında olan birlik, həmrəylik bu dəfə də özünü göstərdi. Xalqın orduya inamının şahidi olduq və bu, düşmənə bir daha göz dağı oldu. Xalqın ordusunun yanında olması, Prezidentinə güvənməsi, Ali Baş Komandanın xalqla birlikdə Orduya dəstək verməsi bir daha birliyimizi nümayiş etdirdi. Bu birlik olan yerdə heç bir düşmən bizə qalib gələ bilməz. Çünki birlik olan yerdə qələbə var, yüksəliş var, uğur var. Bu birlik də möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə davam edir".
"PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinin tam versiyasını sizə təqdim edirik:
Video layihənin digər bölümlərini buradan, həmçinin TREND İnformasiya Agentliyinin "Youtube" kanalından izləyə bilərsiniz.