Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''De Xea olmasaydı, ilk 10-luğa belə düşə bilməzdilər''

''De Xea olmasaydı, ilk 10-luğa belə düşə bilməzdilər''

Tarix: 21 Iyul 2020 16:58

"Mançester Yunayted"in sabiq futbolçusu Pol Skoulz buraxdığı qollara görə tənqid edilən qapıçı David de Xeaya dəstək olub.

Qol.az xəbər verir ki, bununla bağlı o, "İnstaqram" hesabında yazıb: "Bəli, de Xea  çətin dövrünü keçirə bilər. Amma o olmasaydı,  "Mançester Yunayted" son 6 mövsümdə ilk 10-luğa belə düşə bilməzdi".

Qeyd edək ki, D.De Xea İngiltərə kubokunun yarımfinalında "Çelsi"yə 1:3 hesabı ilə məğlub olduqları matçda buraxdığı qollara görə azarkeşlər tərəfindən sərt tənqid edilib.

Əlavə edək ki, Pol Skoulz 1993-2011, 2012-2013-cü illərdə "qırmızı şeytanlar"ın formasını geyinib. De Xea isə 2011-ci ildən İngiltərə təmsilçisində çıxış edir.

 


Etiketlər:  olmasaydı luğa belə düşə bilməzdilər


RƏYLƏR