Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2020 15:20
Rusiyanın “Ximki” klubu növbəti mövsümdən Premyer Liqada çıxış edəcək.
Qol.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında Moskva vilayətinin idman naziri Roman Teryuşkov deyib.
O, koronavirusa görə yarımçıq dayandırılan birinci divizionda 2-ci pillədə qərarlaşan paytaxt təmsilçisinin elitada iştirak hüququ qazandığını deyib.
U-21 millimizin sabiq üzvü Kamran Əliyevin çıxış etdiyi komandanın maliyyə problemlərinə görə Premyer Liqada oynamayacağı bildirilirdi. Teryuşkov artıq bu məsələni də yoluna qoyduqlarını, yeni sponsorlarla anlaşdıqlarını deyib.
Qeyd edək ki, “Ximki” bu mövsüm Rusiya kubokunun finalına da vəsiqə qazanıb.