Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2020 18:10
"Qalatasaray"da daha bir futbolçu ilə yollar ayrılıb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bu barədə baş məşqçi Fatih Terim məlumat verib.
O bildirib ki, braziliyalı müdafiəçi Mariano növbəti mövsüm komandada yer almayacaq. Terim bu gün kollektivlə vidalaşan 34 yaşlı sağ cinah oyunçusunun gedişinə üzüldüyünü söyləyib: "Təəssüf ki, Mariano ilə yollarımızı ayırırıq. Onu gec tanıdım. Önəmli futbolçudur, birlikdə çalışdığımız üçün fəxr edirəm".
Qeyd edək ki, Mariano "Qalatasaray"a 2017-ci ildə "Sevilya"dan keçib.