Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qalatasaray"dan meksikalı hücumçuya təklif

Tarix: 20 Iyun 2019 11:52

"Qalatasaray" "Vest Hem"in futbolçusu Xavyer Hernandesi (Çiçarito) transfer edə bilər.

Qol.az-ın "Hürriyət"ə istinadən yaydığı xəbərə görə, İstanbul klubunun nümayəndələri meksikalı hücumçunun agentini Türkiyədə görüşməyə dəvət edib. Görüş zamanı "Qalatasaray" 31 yaşlı oyunçuya 2+1 illik müqavilə təklif edib.Ancaq o, İstanbul təmsilçisindən təklifi düşünmək üçün vaxt istəyib.

Qeyd edək ki, X.Hernandesin "Qalatasaray"ın təklifini qəbul edəcəyi təqdirdə, ilinə 3 milyon avro maaş alacağı iddia olunur.

 


Etiketlər:  Qalatasaraydan meksikalı hücumçuya təklif


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR