Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2020 09:24
Bakı. İlhamə İsabalayeva - Trend:
COVID-19-a qarşı mübarizə tədbirlərini dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin missiyası ölkəmizə səfər edib.
ÜST-nin Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, missiyanın məqsədi ölkədə mövcud vəziyyətin qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsidir.
Missiya çərçivəsində Səhiyyə naziri Oqtay Şirəliyevlə və nazirliyin digər rəsmi nümayəndələri ilə görüş keçirilib.
örüşdə Azərbaycanda cari vəziyyət və COVID-19 pandemiyasına qarşı görülən tədbirlər müzakirə edilib.