Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mingəçevirdə evi tərk edən koronavirus xəstəsinə cinayət işi başlanıldı (FOTO)

Mingəçevirdə evi tərk edən koronavirus xəstəsinə cinayət işi başlanıldı (FOTO)

Tarix: 23 Iyul 2020 12:45

Bakı. Samir Əli - Trend:

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, məlum olub ki, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Yaqub Rəhimov ev şəraitində müalicə alsa da, ancaq o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Dərhal şəhər ərazisində onun olduğu əraziyə həkim briqadası dəvət edilib. Həmin şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək yaşadığı ünvana aparılıb.

Mingəçevir Şəhər Polis Şöbəsində Y.Rəhimov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb və o, polis nəzarətinə götürülüb. Əlaqədə olduğu şəxslərin müəyyən edilməsi
istiqamətində tədbirlər davam etdirilir.

Mingəçevirdə evi tərk edən koronavirus xəstəsinə cinayət işi başlanıldı (FOTO) - Gallery Image Mingəçevirdə evi tərk edən koronavirus xəstəsinə cinayət işi başlanıldı (FOTO) - Gallery Image


Etiketlər:  Mingəçevirdə tərk edən koronavirus xəstəsinə cinayət işi başlanıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ