Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağrıdağın zirvəsindən dünyaya ''Qarabağ Azərbaycandır!'' çağırışı edilib

Ağrıdağın zirvəsindən dünyaya ''Qarabağ Azərbaycandır!'' çağırışı edilib

Tarix: 23 Iyul 2020 15:33

Bakı. Trend:

Türkiyə–Azərbaycan Dərnəyinin (TÜRKAZDER) fəalları Ağrıdağın hündürlüyü 5137 metr olan zirvəsində "Emənistanın təcavüzkar siyasətinə son qoyulsun!" ("StopArmenianAgression") və "Qarabağ Azərbaycandır!" ("Karabakh is Azerbaijan") şüarları yazılmış plakatı nümayiş etdirməklə Azərbaycana dəstək aksiyası keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, TÜRKAZDER fəalları bu qürurverici addımla həm də Azərbaycan Diaspor Könüllülərinin bütün sosial media şəbəkələrində #KarabakhisAzerbaijan, #Karabakh, #StopArmenianAgression həştəqləri ilə apardıqları kampaniyanı, "KarabakhisAzerbaijan" YouTube kanalını dəstəklədiklərini, azərbaycanlı gənclərlə yekdil və həmrəy olduqlarını bildiriblər.

Ağrıdağdakı aksiya zamanı dərnək fəalları Ermənistanın törətdiyi hərbi təxribatlara və Azərbaycanın əzəli torpaqlarını işğal etməsinə etirazlarını bildiriblər. Azərbaycan torpaqlarının işğaldan azad olunmasını Ermənistandan tələb edən gənclər bu məqsədlə ermənilərin iddia etdikləri Ağrıdağın zirvəsində "Qarabağ Azərbaycandır!" plakatını qaldıraraq, Türkiyədən bütün dünyaya Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha bəyan ediblər.


Etiketlər:  Ağrıdağın zirvəsindən dünyaya Qarabağ Azərbaycandır çağırışı edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ